Bernardu Silvanın Zədəsi Olmadığı Üzə Çıxdı


Portuqaliya milli komandasının düşərgəsini tərk edən yarımmüdafiəçi Bernardu Silvanın sağlamlıq durumu ilə bağlı yeni məlumat yayılıb.
Fanat.Az "CNN Portugal" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Madriddə yenidən tibbi müayinədən keçib və onda heç bir zədə aşkarlanmayıb
Xatırladaq ki, təcrübəli oyunçu bir müddət əvvəl "fiziki narahatlıq" səbəbi göstərilərək milli komandanın heyətindən azad edilmişdi.
Onun tam sağlam olduğunun ortaya çıxması futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
