BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi
Konkret.azAriz Əhədov


20 Noyabr, 2026 - 23:3335
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva məlumat verib.
O bildirib ki, Fərda İmanovun vəzifəsindən azad olunması ilə bağlı mətbuatda yayılan məlumat yeni deyil.
K.Quliyevanın sözlərinə görə, o, bir il əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, Fərda İmanov 2021-ci ildən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışıb.
1 mənbə
