BDU-nun müəllimi niyə ölüb? – Şərəf Cəlilidən sensasiya


İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu.
Bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı danışarkən deyib.
”Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, - xanım bildirib və əlavə açıqlama verməyib.
Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir. Ancaq təfərrüat məlum deyil.
Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.
N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 1990-95-ci illərdə təhsil alıb.