BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir


Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub.BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleykə Abbaszadə universitetin sayca 27-ci rektorudur.BDU-nun ilk rektoru Vasili Razumovski olub. Cəmi bir il universitetə rektorluq edən V.Razumovski tarixə həm də Azərbaycanın ilk rektoru kimi düşüb.Daha sonra Sergey Nikolayeviç Davidenkov (1920-23), Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926), Tağı Şahbazi Simurğ (1926-1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Bala bəy Həsənbəyov (1935-1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937-1941), akademik Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Cəfər Hacıyev (1950-1954), Yusif Məmmədəliyev (1954-1958), Şəfaət Mehdiyev (1958-1965), Mehdi Əliyev (1965-1970), əməkdar elm xadimi Faiq Bağırzadə (1970-1987), Yəhya Məmmədov (1987-1989), akademik Cəmil Quliyev isə 1989-1990-cı illərdə universitetin rektoru olub.Azərbaycan müstəqillik qazandıqdan sonra isə BDU-nun ilk rektoru Mirabbas Qasımov (1990-92) olub. Onun ardınca Firudin Səməndərov 1992-1993-cü illərdə, Murtuz Ələsgərov 1993-1996-cı illərdə, keçmiş təhsil naziri Misir Mərdanov isə 1996-1998-ci illərə qədər universiteti idarə ediblər.1999-2018-ci illərdə isə BDU-ya Abel Məhərrəmov rəhbərlik edib. O, 19 il bu vəzifəni icra edərək universitetin ən uzunmüddətli rektoru olub.Daha sonra 2018–2019-cu illərdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov rektor vəzifəsini müvəqqəti icra edib.2019-cu ildən bu günə qədər isə BDU-nun rektoru Elçin Babayev olub.
Dərc vaxtına görə
Yenilik.azoxuduğunuz
BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir
