“Bayern” Nqumohaya maraq göstərir

1 dəq oxu
Xəbər
“Liverpul” (Liverpool) gənc hücumçusu Rio Nqomohanın (Rio Ngomoha) komandada qalması üçün yeni müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, 18 yaşlı ingiltərəli futbolçu “Bayern Münhen”in (Bayern München, Bayern Munich) transfer hədəflərindən biridir.
İnformasiyanı “Teamtalk” yayıb.
Almaniya klubunun yay transfer pəncərəsində Nqomohanı heyətinə qatmaq üçün təxminən 72 milyon avro ödəməyə hazır olduğu bildirilsə də, “Liverpul” onun satılmayacağını açıq şəkildə bəyan edib.
Mersisayd təmsilçisi hazırda futbolçuya yeni və daha uzunmüddətli müqavilə təklif edib. Nqomohanın hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Bayern” isə oyunçunun vəziyyətini yaxından izləməyə davam edir və yeni müqavilə ilə bağlı danışıqlar uğursuz alınacağı halda gələn yay transfer üçün yenidən cəhd edə bilər.
Nqomoha 2024-cü ildə “Çelsi”dən (Chelsea) “Liverpul”a keçib və qısa müddətdə əsas komandanın önəmli futbolçularından birinə çevrilib. “Liverpul” rəhbərliyi onun gələcəyini klubda görür və qış transfer pəncərəsində satışına razı olmaq niyyətində deyil.
Əlisahib İbrahimli
Mənbə
1 mənbə



