"Bayern"in stadionunun ot örtüyü cəmi 4 günə tamamilə dəyişdiriləcək


Amerika Futbolu Liqasının (NFL) qarşılaşmasına ev sahibliyi edən Almaniyanın "Bayern Münhen" klubunun stadionunda ("Allianz Arena") zədələnən ot örtüyü yenilənir.
Fanat.Az xəbər verir ki, cümə günü baş tutacaq "Bayern Münhen" – "Köln" matçından əvvəl meydançanın bütün örtüyü cəmi 4 gün ərzində tamamilə dəyişdiriləcək.
Qazonun yenilənməsi üçün tələb olunan 200 min avro məbləğindəki xərci isə NFL rəhbərliyi qarşılayacaq.