Bakıda qardaş bacısını öldürüb


KRİMİNAL
17.11.2026, 19:53
Bakıda qadın qətlə yetirilib.
Mia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır/Report.
Dərc vaxtına görə
