Bakıda oğurluq iddiası: Malı çantalarına qoyub mağazadan çıxmaq istədilər - Video


Bakıda bir neçə nəfərin mağazalara girərək oğurluq etdiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.
Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birində baş verib.
İddia olunur ki, mağazaya müştəri qismində daxil olan qadınlar satışda olan malları çantalarına qoyaraq ərazidən uzaqlaşmağa çalışıblar.
Satıcı onların hərəkətini gördükdə isə qadınlar "çantaya uşaq qoyub, bilməmişik" cavabını veriblər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/cemiyyet/bak…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə
