Bakıda ELS CLINIC-in rəsmi açılışı olub – Müasir tibbi xidmətlər bir ünvanda


18.11.2026 - 15:041082 dəq oxu
Bakıda müasir tibbi xidmətlər, diaqnostika və kompleks reabilitasiya imkanları təqdim edən ELS CLINIC-in rəsmi açılışı keçirilib.
Doğru.az “Gunxeber.az”-a istinadən xəbər verir ki, noyabrın 17-də baş tutan açılış mərasimində yeni fəaliyyətə başlayan çoxprofilli tibb müəssisəsinin imkanları və əsas fəaliyyət istiqamətləri təqdim olunub.
ELS CLINIC-in əsas məqsədi əhaliyə müasir tibbi standartlara uyğun xidmət göstərmək, xəstəliklərin erkən diaqnostikasını, müalicəsini və reabilitasiyasını vahid məkanda təmin etməkdir.
Klinikada nevrologiya, endokrinologiya, ginekologiya, pediatriya, fizioterapiya və reabilitasiya istiqamətləri üzrə xidmətlər göstərilir. Müəssisədə laborator analizlər, ultrasəs müayinəsi (USM), elektroensefaloqrafiya (EEQ) və elektromioqrafiya (EMQ) müayinələrinin aparılması üçün də imkanlar yaradılıb.
Tibb müəssisəsinin əsas fəaliyyət istiqamətlərindən biri də kompleks reabilitasiyadır. Burada dayaq-hərəkət sistemi xəstəlikləri, nevroloji pozuntular, travmalar və cərrahi əməliyyatlardan sonrakı bərpa dövrü üçün fərdi proqramlar tətbiq olunur. Fizioterapiya, müalicəvi idman, hidroterapiya və hidroreabilitasiya xidmətləri də təqdim edilir.
Klinikada uşaqların sağlamlığı və inkişafına da xüsusi diqqət ayrılır. Uşaqlar üçün psixonevroloji reabilitasiya, loqopedik xidmətlər, psixoloji dəstək və fərdi inkişaf proqramları nəzərdə tutulub.
Bununla yanaşı, ELS CLINIC-də artıq çəkidən əziyyət çəkən şəxslər üçün Arıqlama Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə çəkinin idarə olunması və bədən formalaşdırılması istiqamətində fərdi proqramlar təklif olunur.
Qeyd edək ki, fizioterapiya, reabilitasiya və Arıqlama Mərkəzinə müraciət edən pasiyentlər üçün klinik psixoloq tərəfindən ilkin psixoloji qiymətləndirmə ödənişsiz həyata keçirilir.
ELS CLINIC-in təsisçisi və direktoru Elbrus Nağıyev bildirib ki, müəssisə yaradılarkən əsas məqsəd müasir tibbi xidmətləri, peşəkar mütəxəssisləri və kompleks reabilitasiya imkanlarını bir məkanda birləşdirmək olub.
Klinikanın icraçı direktoru, pediatr-nefroloq Dr. Kəmalə Əliyeva isə pasiyentlərə fərdi və multidissiplinar yanaşmanın əsas prioritetlərdən olduğunu vurğulayıb.
Məlumatda o da qeyd olunur ki, ELS CLINIC-in mətbuat və ictimaiyyətlə əlaqələr, media kommunikasiyası və marketinq fəaliyyəti Vasif Akiflinin təsisçisi və rəhbəri olduğu PULSE MEDIA şirkəti tərəfindən həyata keçirilir.
PULSE MEDIA-nın rəhbəri Vasif Akifli səhiyyə sahəsində peşəkar kommunikasiyanın yalnız xidmətlərin tanıdılması deyil, eyni zamanda cəmiyyətin düzgün və etibarlı tibbi informasiya ilə təmin olunması baxımından əhəmiyyət daşıdığını bildirib.
ELS CLINIC gələcək fəaliyyətində tibbi xidmətlərin çeşidini genişləndirməyi, müasir müalicə və reabilitasiya metodlarını tətbiq etməyi, pasiyent məmnuniyyətini artırmağı hədəfləyir.
Yeni klinikanın fəaliyyətə başlaması paytaxtda tibbi xidmət və reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi təqdim olunur.
DOĞRU.AZ
Dərc vaxtına görə
Report+22 mənbə