Bakıda dönər almaq istəyən şəxsi avtomobil vuraraq öldürüb


BAKI, 22 noyabr. TELEQRAF
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Teleqraf xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlu idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq əks tərəfə keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Şahidlər bildirir ki, o dönər almaq üçün yolu keçirmiş. Faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə
Teleqraf.azoxuduğunuz
Bakıda dönər almaq istəyən şəxsi avtomobil vuraraq öldürüb