Paytaxt yollarında velosipedçilərin təhlükəsizliyi üçün yeni svetofor bölmələri quraşdırılıb


17 mənbə əsasında
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bakı şəhərində mikromobilliyin inkişafı və alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi məqsədilə tədbirlər həyata keçirilib. Bu çərçivədə Nəsimi və Səbail rayonlarının doqquz kəsişməsində yerləşən svetoforlara ümumilikdə 28 ədəd velosiped bölməsi əlavə olunaraq vətəndaşların istifadəsinə verilib. Beləliklə, paytaxt küçələrində quraşdırılan velosiped bölmələrinin ümumi sayı 160-a çatıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bakıda daha 9 kəsişmədə velosiped bölmələri quraşdırılıb
Bakıda daha 9 yol kəsişməsində svetoforlara 28 velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, görülən işlər paytaxtda mikromobilliyin inkişafı, alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və velosipedçilərin yol hərəkətində təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Yeni velosiped bölmələri Nəsimi və Səbail rayonlarında aşağıdakı kəsişmələrdə quraşdırılıb: Nəsimi rayonu: Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsi; Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsi; Bülbül prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi; Bülbül prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsi; Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsi; Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsi. Səbail rayonu: Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsi; Azadlıq prospekti ilə Əfzələddin Xəqani küçəsinin kəsişməsi; Rəşid Behbudov və Əfzələddin Xəqani küçələrinin kəsişməsi. Qeyd edək ki, indiyədək paytaxtın müxtəlif yollarında yerləşən svetoforlara ümumilikdə 160 velosiped bölməsi quraşdırılıb. Bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilib.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə