Bakıda sakinlər ağacların kəsildiyini və ərazidə tikinti hazırlığının olduğunu iddia edirlər


3 mənbə əsasında
Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi və ərazinin asfaltlanması ilə bağlı iddialar səslənib. Sakinlər binaların yaxınlığında tikintiyə hazırlıq işlərinin görüldüyünü bildiriblər. Restoran rəhbərliyi ittihamları rədd edib. Xətai Rayon İcra Hakimiyyətindən isə obyektin xüsusi mülkiyyətdə olduğu və hazırda tikinti aparılmadığı, yalnız abadlıq işlərinin görüldüyü açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
"Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar". Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi 15 ünvanında yaşayan Elmin Bağırov bu iddia ilə müraciət edib. Sakinlər deyirlər ki, binalarının yaxınlığında tikintiyə hazırlıq gedir. Ağacları kəsdiyi iddia olunan restoranın icraçı direktoru Amal Əliyev isə sakinlərin iddiası ilə razılaşmır. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə qurum tərəfindən araşdırma aparılıb. Obyekt vətəndaş Aslanov Elməddinə məxsusdur və xüsusi mülkiyyətdədir. Hazırda orada hər hansı tikinti işləri aparılmır. Vətəndaş öz ərazisində abadlıq işləri görür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
Media Xəbərlərioxuduğunuz
Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO