Bakıda 17 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı


Bakıda 17 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Rövşən Əsgərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, 2010-cu il təvəllüdlü N.Dövlətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
22:12
Bakıda gənc oğlan bıçaqlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.
Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Rövşən Əsgərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/kriminal/bak…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
