Azərbaycan Mərkəzi Bankı Bakı Fond Birjasının rəsmisini cərimələyib


12 mənbə əsasında
Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan yoxlamalar zamanı Bakı Fond Birjası QSC-də qayda pozuntuları aşkarlanıb. Tənzimləyici qurum tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində qiymətli kağızların ticarəti və listinqi ilə bağlı tələblərin pozulduğu müəyyən edilib. Bu səbəbdən qurumun Listinq Komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən yeddi yüz manat məbləğində cərimə kəsilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Bakı Fond Birjası”nın sədr müavini cərimələndi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin sədrinə 700 manat məbləğində inzibati cərimə tətbiq edib. Tiraj.az AMB-yə istinadən xəbər verir ki, birjada aparılan nəzarət tədbirləri zamanı qiymətli kağızların ticarətə buraxılması, listinqə daxil edilməsi, listinqdə saxlanılması və siyahıdan çıxarılması qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. AMB qaydaların konkret hansı bəndinin pozulduğunu açıqlamayıb. Cərimə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən tətbiq edilib. Bu maddə fond birjasının fəaliyyət qaydalarının pozulmasına görə vəzifəli şəxslər üçün 700–800 manat, hüquqi şəxslər üçün isə 8–9 min manat cərimə nəzərdə tutur. Qeyd edək ki, BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov həm də birjanın Listinq Komitəsinə sədrlik edir. Ziya
Tam oxu Tiraj.az saytındaDərc vaxtına görə