“Bakı Ayaqqabı Fabriki” əmlak kompleksinin satışını müzakirəyə çıxarır


“Bakı Ayaqqabı Fabriki” ASC-yə məxsus əmlak kompleksinin satılması məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq.
Banker.az xəbər verir ki, məsələ dekabrın 21-də saat 11:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağın gündəliyinə daxil edilib.
Satışı müzakirə olunacaq əmlak kompleksi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, giriş 471 ünvanında yerləşir. Səhmdarların yığıncağı da həmin ünvanda keçiriləcək.
Cəmiyyətin direktor vəzifəsini müvəqqəti icra edən şəxs Əlimədət İsgəndərov Məhəmməd oğludur. Əmlak kompleksinin satış qiyməti açıqlanmayıb.
Dərc vaxtına görə