Bahar Muradovanın Aydan Rəhimli ilə səmada görüşü: “Hazırda qarışıq hisslər altındayam...”


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıdan İstanbula səfəri zamanı “Rəşadət” ordenli bələdçi Aydan Rəhimli ilə qarşılaşıb.
ANZ.AZ xəbər verir ki, Bahar Muradova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Komitə sədri ötən il məlum təyyarə faciəsindən sonra Aydan Rəhimli və anası ilə Dövlət Komitəsində baş tutan görüşü xatırladıb. O bildirib ki, həmin vaxt ağır sarsıntı keçirən Aydan bütün çətinliklərə baxmayaraq, peşəsinə davam edəcəyini söyləyib.
“Onu yenidən öz sevimli peşəsinin başında — AZAL-a məxsus, özü də ona çox yaraşan uniformada, gülərüz, dik duruşlu və işinə böyük sevgi ilə sarılmış halda görmək məni hədsiz dərəcədə duyğulandırdı”, – Bahar Muradova qeyd edib.
1 mənbə