Bağlı qapı arxasında qalan uşaq xilas edilib, bir nəfərin meyiti tapılıb


BAKI, 19 noyabr. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfər uşaq xilas edilib, 2 nəfərə müvafiq köməklik göstərilib və 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
1 mənbə
