AzTV-də yeni tematik kanalların yaradılması planlaşdırılır


Azərbaycanda yeni tematik televiziya kanallarının yaradılması istiqamətində hazırlıq işlərinin aparıldığı bildirilir.
Gunxeber.Az xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) müxtəlif istiqamətləri əhatə edəcək yeni televiziya layihələri üzərində iş gedir.
Məlumata görə, “AzTV Uşaq” layihəsinin hazırlanmasına başlanılıb və hazırda kanal üçün komandanın formalaşdırılması istiqamətində iş aparılır. Milli cizgi filmlərinin istehsalı məqsədilə bəzi müəlliflərə ssenari təkliflərinin göndərildiyi də bildirilir.
Hazırlanan layihələr sırasında “AzTV İrs” kanalının yaradılması da nəzərdə tutulur. Bundan başqa, “AzTV Xəbər”, AzTV 1, AzTV 2 və “AzTV Sport” adları altında kanalların fəaliyyətə başlaması ilə bağlı konsepsiyaların müzakirə edildiyi qeyd olunur.
Əyləncə və şou proqramları istiqamətində nəzərdə tutulan “AzTV Şou” kanalının loqosu da ictimaiyyətə təqdim edilib. Lakin sözügedən kanalın yaradılması ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Yeni kanallardan birinə rəhbərliyin Həmid Əsədzadəyə həvalə olunmasının müzakirə edildiyi bildirilir. Onun hansı layihəyə rəhbərlik edəcəyi isə dəqiqləşməyib.
Qeyd edək ki, 2026-cı ilin avqustunda AzTV-nin informasiya, ictimai-siyasi, əyləncə, idman, uşaq və milli-mədəni irs istiqamətlərini əhatə edən tematik kanallar yaratmağı planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
00:30
17:40
17:05
16:18
15:20
10:40
