"Azeri Light" 100 dollardan ucuz təklif edilib
PostMediaadmin

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı nefti ucuzlaşıb.
"PostMedia" xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,17 dollar və ya 1,2 % azalaraq 97,62 dollar olub.
Xatırladaq ki, builki dövlət büdcəsində neftin qiyməti 70 dollar/barel olaraq götürülüb.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
📲 Xəbərləri ilk siz oxuyun — bizi izləyin