AzerGold rəsmiləri Balakəndə yerli sakinlərlə Filizçay layihəsini müzakirə ediblər


15 mənbə əsasında
AzerGold QSC-nin rəsmiləri Balakən Rayon İcra Hakimiyyətində yerli icma nümayəndələri və kənd sakinləri ilə görüş keçiriblər. Tədbirdə Filizçay polimetal yatağının ölkənin dağ-mədən sənayesi üçün strateji əhəmiyyəti vurğulanıb və layihənin regionun sosial-iqtisadi inkişafına verəcəyi töhfələr müzakirə olunub. Görüş zamanı yatağın resurs potensialı, eləcə də Avropa miqyasında əhəmiyyəti barədə məlumat verilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Balakən rayonunda yerli icma nümayəndələri ilə görüş keçiriblər.Balakən Rayon İcra Hakimiyyətində keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının, idarə və müəssisələrin nümayəndələri, Filizçay polimetal yatağının yaxınlığında yerləşən Mazımqaray, Gərəkli, Mahamalar və Salban kəndlərinin sakinləri, ağsaqqallar, eləcə də yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Filizçay polimetal yatağının Azərbaycanın dağ-mədən sənayesi üçün strateji əhəmiyyət daşıyan ən iri layihələrdən biri olduğunu vurğulayıb. Bildirilib ki, layihənin həyata keçirilməsi Şimal-Qərb regionunun, xüsusilə Balakən rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, sənaye infrastrukturunun formalaşmasına, yerli biznes mühitinin canlanmasına, kiçik və orta sahibkarlıq subyektlərinin logistika və təchizat zəncirində iştirak imkanlarının genişlənməsinə şərait yaradacaq. “AzerGold” QSC İdarə Heyətinin üzvü – sədr müavini İlqar Cəlilov “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas layihələrindən biri olan Filizçay yatağının strateji əhəmiyyəti və resurs potensialı barədə məlumat verib. O, yatağın yalnız Azərbaycan deyil, Avropa miqyasında da ən iri, geoloji quruluşu və metallurgiya xüsusiyyətləri baxımından mürəkkəb dağ-mədən layihələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, yataqda genişmiqyaslı geoloji-kəşfiyyat işləri tamamlanıb və beynəlxalq standartlara uyğun resurs qiymətləndirilməsi aparılıb. Layihə təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq mərhələli şəkildə icra olunur. Hazırda İlkin Texniki-İqtisadi Əsaslandırma mərhələsində olan layihə çərçivəsində filizin emalı üçün flotasiya və hidrometallurgiya texnologiyaları üzrə ətraflı araşdırmalar aparılır. Əsas məqsəd optimal və ekoloji baxımdan ə
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə
