Azərbaycanlı idmançı ŞƏT Açıq Kubokunun finalında

1 dəq oxu
Xəbər
Azərbaycan idmançısı Çingiz Tağızadə Moskvada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Açıq Kubokunda finala vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, yarışda idman dırmanmasının boulderinq növü üzrə mübarizə davam edir. Azərbaycan turnirdə dörd idmançı ilə təmsil olunur.
Təmsilçilərimizdən Çingiz Tağızadə uğurlu çıxış edərək final mərhələsinə adlayıb.
Mənbə
1 mənbə



