Azərbaycanlı gənc Tokayev tərəfindən mükafatlandırıldı


Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etnomədəni Birliyinin üzvü Rumman Hüseynov Astanada keçirilən “Qazax dili” adlı respublika tədbirində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təltif olunub.
Moderator.az xəbər verir ki, Rumman Hüseynova qazax dilinin inkişafına, milli dəyərlərin təbliğinə, sosial əhəmiyyətli tədbirlərin təşkilinə, eləcə də cəmiyyətdə dostluq, həmrəylik və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.
Mükafatın verilməsi gəncin qazax dilinin nüfuzunun artırılması, onun cəmiyyətdəki rolunun gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən qiymətin göstəricisi olduğu bildirilib.
Məlumat üçün qeyd edək ki, Rumman Hüseynov Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçısı olub.
RU
16:20, Bu gün Arda Güler və Kenan Yıldız nüfuzlu mükafat uğrunda mübarizə aparacaqlar
16:15, Bu gün Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"
16:10, Bu gün Zaur Psixiatriya Xəstəxanasında palata yoldaşını necə öldürüb? - Təfərrüat
16:05, Bu gün Peşə hazırlığına cəlb olunanların illik sayının 2030-cu ilədək 25 minə çatdırılması hədəflənir
16:00, Bu gün “Danışmaqxana” söhbəti böyüdü - Firudin Cəlilovdan Səyyad Arana SƏRT etiraz
15:55, Bu gün Təhsilə 5,4 milyard manat - repetitor asılılığı nə vaxt bitəcək?
15:51, Bu gün "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
15:50, Bu gün Gündə iki fincan qəhvə Parkinson riskini azalda bilər – Alimlərdən maraqlı açıqlama
15:46, Bu gün Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olundu
15:44, Bu gün Abşeronda yük maşınından 10 min manatlıq OĞURLUQ
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Azərbaycanlı gənc Tokayev tərəfindən mükafatlandırıldı