Azərbaycanın üç şahmatçısı Türküstandakı çempionatda çıxış edəcək


Azərbaycanın üç şahmatçısı noyabrın 20–28-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək Türk Şahmat Assosiasiyasının çempionatında iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
7 ölkədən şahmatçıların qatılacağı yarış FİDE qaydalarına əsasən, 14 turdan ibarət dairəvi sistemlə (2 dövrə) keçiriləcək.
Kişilərin mübarizəsində Nicat Abasov, qadınların yarışında Gövhər Beydullayeva, veteranlar arasında isə Vüqar Bayramov Azərbaycanı təmsil edəcək.

Bakivaxti.az+3 mənbə