Azərbaycanın turizm potensialı Belarusun üç şəhərində nümayiş etdirilib


8 mənbə əsasında
Noyabrın 16-dan 18-dək Azərbaycan Turizm Bürosu tərəfindən Belarusun Brest, Qrodno və Minsk şəhərlərində silsilə turizm seminarları keçirilib. Tədbirlərdə ölkənin mədəni irsi, qastronomiya ənənələri, sağlamlıq turizmi və qış mövsümü imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub. Ümumilikdə Belarusun turizm sektorundan 120 nəfərin qatıldığı görüşlərdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Həmçinin "Absheron Hotel Group"un nümayəndəsi tərəfindən yerləşmə və hotellər barədə məlumat verilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycanın turizm imkanları Belarusun üç şəhərində təbliğ olunub
Bakı, 19 noyabr, AZƏRTAC Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən noyabrın 16-18-də Belarusun üç şəhərində silsilə turizm seminarları təşkil edilib. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, seminarların keçirilməsində məqsəd Azərbaycanın ilboyu səyahət üçün əlverişli turizm istiqaməti kimi tanıdılması, ölkəmizin müxtəlif turizm imkanlarının təbliği və Belarusun turizm sənayesi nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi olub.Brest, Qrodno və Minsk şəhərlərində keçirilən seminarların hər birinə turizm agentlikləri, turoperatorlar və digər turizm sənayesi nümayəndələri olmaqla 40 nümayəndə qatılıb. Ümumilikdə tədbirlərdə Belarusun turizm sektorunun 120 nümayəndəsi iştirak edib.Seminarlar çərçivəsində Azərbaycan Turizm Bürosunun təqdimatlarında ölkəmizin zəngin mədəni irsi, qastronomiya ənənələri, sağlamlıq turizmi, təbiət və aktiv istirahət imkanları haqqında ətraflı məlumat verilib. Qarşıdan gələn qış mövsümü ilə əlaqədar Azərbaycanın qış turizmi potensialına, o cümlədən Şahdağ və Tufandağ turizm komplekslərində xizək və istirahət imkanlarına xüsusi diqqət yetirilib. Həmçinin iştirakçılara ölkəmizin əsas turizm istiqamətləri və hotel infrastrukturu təqdim olunub.Tədbirlər çərçivəsində “Absheron Hotel Group”un (AHG) nümayəndəsi şirkətin müxtəlif kateqoriyalı hotelləri, eləcə də ölkəmizdə mövcud yerləşmə və istirahət imkanları haqqında təqdimatla çıxış edib. Belarusun aparıcı turoperatorları isə Azərbaycana təşkil olunan mövcud tur paketləri və səyahət marşrutlarını təqdim edərək müxtəlif turist qruplarının maraqlarına uyğun turizm məhsullarının hazırlanması imkanlarını diqqətə çatdırıblar.Silsilə seminarlar ATB-nin Belarus turizm bazarında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, yerli turizm sənayesi nümayəndələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ölkəmizin ilboyu turizm istiqaməti kimi təbliği istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
