Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib


19 Noyabr 2026 08:30
303
SİYASƏT
Azərbaycanın Niderlanddakı səfiri Anar Əcəmov Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında ölkəmizin daimi nümayəndəsi kimi etimadnaməsini təşkilatın baş direktoru Sabrina Dallafioraya təqdim edib.
AZƏRTAC xəbər verir ki, təşkilatın Haaqadakı mənzil-qərargahında etimadnamənin təqdim edilməsindən sonra keçirilən görüşdə Azərbaycan ilə KSQT arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycanın Kimyəvi Silahlar Konvensiyasını ilk imzalayan dövlətlərdən biri olduğu, 2000-ci ildən təşkilatın üzvü kimi onun fəaliyyətində fəal iştirak etdiyi və 2017-2019-cu illərdə KSQT-nin İcraiyyə Şurasında təmsil olunduğu vurğulanıb. Azərbaycanın təşkilatın Kimyəvi və Texnoloji Mərkəzinə könüllü maliyyə töhfəsi vermək və praktiki əməkdaşlığı genişləndirmək niyyəti də diqqətə çatdırılıb.
KSQT-nin baş direktoru Azərbay-canın təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Tərəflər həmçinin kimyəvi silahların yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səyləri, müasir çağırışları və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər. Peşəkar hazırlıq, kimyəvi təhlükəsizlik, potensialın artırılması və ekspert mübadiləsi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə
