Azərbaycanda yanacaqdoldurma stansiyalarının ərazilərində yeni restoranlar açılacaq - Baku TV


"SOCAR Petroleum" və "KFC Azerbaijan" şirkətləri "SOCAR" brendli yanacaqdoldurma stansiyalarında KFC restoranlar şəbəkəsinin geniş miqyasda artırılmasını nəzərdə tutan əməkdaşlıq memorandumu imzalayıblar.
Tərəfdaşlıq çərçivəsində yaxın 12 ay ərzində ölkənin aparıcı və geniş xidmət şəbəkəsinə malik "SOCAR Petroleum" yanacaqdoldurma stansiyalarının ərazisində yeni KFC restoranlarının açılması planlaşdırılır.
Birgə layihə keyfiyyətli yanacağı, rahat infrastrukturu, fasiləsiz xidmət mədəniyyətini (24/7) və KFC-nin təamlarını vahid məkanda birləşdirərək sürücülər, səyahətçilər və onların ailələri üçün yeni səviyyəli xidmət formalaşdırmağı hədəfləyir.
Layihənin mühüm hissələrindən biri yeni iş yerlərinin yaradılması və ölkənin kadr potensialının inkişaf etdirilməsi olacaq. Şəbəkənin genişlənməsi restoran biznesi sahəsində gənc mütəxəssislərin peşəkar hazırlığı, karyera yüksəlişi və inkişafı üçün əlavə imkanlar açacaq.
1 mənbə
