Azərbaycanda qadın rektorların idarə etdiyi universitetlər - Adlar


Azərbaycanda bir sıra ali təhsil müəssisələrinə qadın rektorlar rəhbərlik edir. Hazırda onların sırasında dövlət və özəl universitetlərin rəhbərləri də var.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda qadın rektorların rəhbərlik etdiyi universitetlər sırasında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Türkiyə-Azərbaycan Universiteti yer alır.
Belə ki, Gülçöhrə Məmmədova 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.
Səadət Əliyeva 2017-ci il martın 13-də Azərbaycan Universitetinin rektoru təyin edilib.
Ceyran Mahmudova 2018-ci il iyulun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə 2025-ci il sentyabrın 3-də bu vəzifəyə təyin edilib.
Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova 2026-cı il iyulun 30-da təyin olunub. O, universitetin ilk rektorudur.
Son olaraq isə Məleykə Mehdi qızı Abbaszadə 2026cı il 19 noyabr tarixində Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Dərc vaxtına görə
