Azərbaycanda mazut istehsalı kəskin artıb - CƏDVƏL


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5146,8 milyon manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,3 faiz azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından mazut istehsalı 96,7 faiz, sürtkü yağlarının istehsalı 24,8 faiz artıb.
Bildirilir ki, hesabat dövründə ağ neft istehsalı 17,2 faiz, neft bitumu istehsalı isə 31,1 faiz azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
Məhsul növləri
2026-cı ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.11.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton
1 190,2
97,3
42,4
Ağ neft, min ton
482,1
82,8
41,2
Qazoyllar (dizel yanacağı), min ton
2 021,9
95,9
80,5
Mazut, min ton
113,3
196,7
5,4
Sürtkü yağları, min ton
38,2
124,8
0,7
Maye qazlar, min ton
150,9
79,4
1,8
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton
706,2
111,3
38,1
ondan:
neft bitumu, min ton
147,3
68,9
17
neft koksu, min ton
214,3
112
17,4