Azərbaycanda İT şirkəti nizamnamə kapitalını yenidən azaltdı


Azərbaycanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “REIS GRC” MMC nizamnamə kapitalını yenidən azaldır.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 manatdan 8 manata endirilir.
Buna səbəb təsisçilərdən Hadzhiieva Yevheniianın öz payını götürərək şirkətin təsisçiliyindən çıxmasıdır.
Qeyd edək ki, “REIS GRC” MMC 2026-cı ilin may ayında da nizamnamə kapitalının azaldılmasını elan etmişdi. Həmin vaxt təsisçi Laçın Qasımovun şirkətdən ayrılması ilə əlaqədar kapital 20 manatdan 10 manata endirilmişdi.
Beləliklə, iki dəyişiklik nəticəsində şirkətin nizamnamə kapitalı 20 manatdan 8 manata düşüb. Bu isə 12 manat və ya 60% azalma deməkdir.
“REIS GRC” 2019-cu ildə yaradılmış, proqram təminatı sahəsində ixtisaslaşan şirkətdir. Şirkət müəssisələr üçün risklərin idarə edilməsi, daxili nəzarət, audit, informasiya təhlükəsizliyi və korporativ idarəetmə proseslərini vahid rəqəmsal platformada birləşdirən proqram həlləri təqdim edir.
