Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 951,2 milyon manat vəsait yönəldilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,1 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların payı 22,5 %-dən 23,9 %-ə yüksəlib.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 833,5 milyon manatı (97,1 %-i) Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ, BƏƏ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa, Hindistan və Çin sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 % çoxdur.
O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu isə 28,7 % artaraq 5 milyard 482,1 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 2,3 % artaraq 11 milyard 37,7 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyalar məhsul istehsalı sahələri üzrə real ifadədə 20 % artaraq 9 milyard 137 milyon manat, xidmət sahələri üzrə real ifadədə 1,3 % artaraq 5 milyard manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyalar isə real ifadədə 4,8 % azalaraq 2 milyard 382,8 milyon manat olub.