Azərbaycanda da çox satılan məşhur noutbuk markası milyonlar dollar zərərə düşdü


Texnologiya nəhəngi "Lenovo" sentyabr rübünü 640 milyon dollarlıq xalis zərərlə başa vurduğunu açıqladıqdan sonra şirkətin səhmləri kəskin şəkildə dəyər itirib.
Plat.az xarici mətbuata istinadən xəbər verir ki, analitiklər orta hesabla cəmi 38 milyon dollar zərər proqnozlaşdırdıqları halda, konsern 2017-ci ildən bəri ilk dəfə mənfi əməliyyat nəticəsi göstərib. Gəlirləri gözləntiləri üstələyərək 30,2 milyard dollara yüksəlsə də, şirkətin səhmləri 13%-dən çox ucuzlaşıb və sentyabrdakı zirvə göstəricisindən bəri 50%-dən artıq dəyər itirib.
Zərərin əsas səbəbləri kimi yaddaş komponentlərinin bahalaşmasının gəlirliliyə təzyiqi, eləcə də qlobal fərdi kompüter tədarükünün 21,2%, "Lenovo"nun göstəricisinin isə 22,9% azalması qeyd olunur.
1 mənbə

Publika.az+1 mənbə