Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub


Cari ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirlərin nəticəsində ümumilikdə 6792 cinayət faktı aşkarlanıb. Onlardan 1975-i narkotik vasitələrin qanunsuz satışı, 4662-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 153-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 9 ton 49 kiloqram 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 860 kiloqram 330,386 qramını marixuana, 399 kiloqram 659,103 qramını heroin, 165 kiloqram 927,417 qramını tiryək, 253 kiloqram 763,447 qramını həşiş, 15,849 qramını kokain, 137 kiloqram 403,353 qramını digər narkotik vasitələr və 232 kiloqram 196,025 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 55732 ədəd həb metadon, 21382 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qram prekursor, 485,058 qram və 283 ədəd güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1645 hektar sahədən yaş kütləsi 445 ton 110 kiloqram olan 4 437 555 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 9 ton 49 kiloqram 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 265 milyon 473 min AZN kimi qiymətləndirilir.
Dərc vaxtına görə
Azərbaycan qəzetioxuduğunuz
Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub
