Azərbaycan XİN Gürcüstana başsağlığı verdi


Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərindən kədərlənirik. Doğmalarını itirmiş ailələrə səmimi qəlbdən başsağlığı veririk və fikirlərimiz bu faciədən zərər çəkən hər kəslədir. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.
Dərc vaxtına görə