Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə təqdim edib


92 mənbə əsasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasındakı münasibətlərin təxminən yetmişillik tarixi, eləcə də əlaqələrin təməlinin qoyulduğu əsas mərhələlər qeyd olunub. Dövlət başçısı 1959-cu ildə Vyetnam rəhbərinin Bakıya səfərini və 1983-cü ildə Heydər Əliyevin başçılığı ilə Vyetnama olunan səfərin əhəmiyyətini xatırladıb. Söhbət zamanı Azərbaycanla Vyetnam arasında siyasi dialoqun və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan - Vyetnam əlaqələri İNKİŞAF EDİR
Azərbaycan və Vyetnam arasındakı münasibətlər dərin tarixi köklərə və qarşılıqlı hörmət prinsiplərinə söykənir. Hit.az bildirir ki, iki ölkə arasındakı dostluğun təməli hələ XX əsrin ortalarında qoyulmuş və zamanla sınaqdan çıxıb. 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya tarixi səfəri ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm başlanğıc nöqtəsi oldu. Bundan sonra ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri əməkdaşlığın daha da möhkəmlənməsinə güclü təkan verdi. Keçmiş Sovet İttifaqı dövründə minlərlə vyetnamlı gənc məhz Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alıb. Bu məzunların bir çoxu sonradan Vyetnamın dövlət idarəçiliyində, elm və sənaye sahələrində yüksək vəzifələr tutaraq iki ölkə arasında canlı körpü rolunu oynayıblar. Azərbaycanlı neft mütəxəssisləri isə Vyetnamın neft-qaz sənayesinin qurulmasında və inkişafında misilsiz xidmətlər göstəriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bu ənənəvi dostluq əlaqələri yeni müstəvidə davam etdirildi. 1992-ci ilin sentyabrında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulması əməkdaşlığın hüquqi bazasını formalaşdırdı. Müasir mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Hanoya rəsmi səfəri və Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Bakıya cavab səfəri ikitərəfli dialoqu ən yüksək səviyyəyə qaldırdı. Bu səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın yol xəritəsini müəyyənləşdirdi. Hər iki ölkə beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün yaradılmış Hökumətlərarası Komissiya ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Energetika sektoru bu gün də münasibətlərin lokomotivi olaraq qalır və SOCAR ilə “PetroVietnam” şirkətləri arasında sıx tərəfdaşlıq mövcuddur. Eyni zamanda, tərəflər k
Tam oxu Hit.az saytındaDərc vaxtına görə
Hit.azoxuduğunuz
Azərbaycan - Vyetnam əlaqələri İNKİŞAF EDİR
