Bakıda Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin ekspert görüşü olub


8 mənbə əsasında
Azərbaycan ilə Serbiya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində xüsusi tədbir baş tutub. Müdafiə Nazirliyinin məlumatına əsasən, tərəflər pilotsuz uçuş aparatlarının tətbiqi, insansız qüvvələrin təşkili və texniki xidmət məsələlərini müzakirə ediblər. Görüş zamanı həmçinin radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı qorunma yolları ətrafında fikir mübadiləsi aparılıb.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda “Pilotsuz sistemlərin tətbiqi və bölmələrin hazırlıq səviyyəsinin təmin edilməsi üzrə ekspert görüşü” keçirilib. Azərbaycan Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimizin silahlı qüvvələrində mövcud olan pilotsuz uçuş sistemləri barədə ətraflı məlumat verilib, insansız qüvvələrin təşkili, həmçinin texniki xidmət istiqamətlərində geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, pilotsuz uçuş sistemlərinin tətbiqi imkanları, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə qarşı səmərəli qorunma yolları müzakirə olunub, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Qeyd edək ki, ekspert görüşü ölkələrimiz arasında pilotsuz uçuş sistemləri sahəsində qarşılıqlı təcrübə mübadiləsi və döyüş hazırlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə
