Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləyib


3 mənbə əsasında
Birləşmiş Millətlər Təşkilatı tərəfindən noyabrın 19-da açıqlanan Elektron Hökumətin İnkişafı İndeksi hesabatında Azərbaycan əhəmiyyətli irəliləyiş əldə edib. Ölkə reytinqdə 74-cü mövqedən 38-ci yerə yüksələrək çox yüksək rəqəmsal inkişaf kateqoriyasına daxil olub. Ümumi göstərici əvvəlki illə müqayisədə artaraq 0.8847 bal təşkil edib. Hesabatda ölkənin hər üç əsas komponent üzrə inkişafı qeydə alınıb, xüsusilə onlayn xidmətlər sahəsində böyük yüksəliş müşahidə olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 19 noyabrda açıqladığı hesabatda Azərbaycan rekord irəliləyiş əldə edib. Mediaxeberleri.Az xəbər verir ki, ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0.8847 bal təşkil edib və bu, 2024-cü ilin göstəricisi (0.7607) ilə müqayisədə 16.3% artım deməkdir. Beləliklə, Azərbaycan "çox yüksək EHİİ" kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla, üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib. Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026-cı il hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib. Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi - institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim olunması, texnologiya, eləcə də vətəndaşların cəlbi iştirakıını ehtiva edir. Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdəd
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
Media Xəbərlərioxuduğunuz
Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi