Azərbaycan Ordusunda daşqaldırma üzrə yarışların yekun nəticələri açıqlanıb


8 mənbə əsasında
Müdafiə Nazirliyinin təsdiq etdiyi hazırlıq planına əsasən Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik baş tutub. Yarışda ölkə hərbi birləşmələrini və təhsil müəssisələrini təmsil edən on bir komanda mübarizə aparıb. Gərgin mübarizənin nəticələrinə görə Quru Qoşunları birinci yeri tutub, digər komandalar isə mükafatlı yerləri bölüşüblər. Sonda qaliblərə medallar, kubok və fəxri fərmanlar təqdim olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusu üzrə daşqaldırma birinciliyi keçirilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra polkovnik Cavid Ağayev birinciliyin məqsədi, əhəmiyyəti və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Ardınca komandaların tərkibi yoxlanılıb, püşkatma keçirilib və iştirakçıların çəki dərəcələri müəyyənləşdirilib. Hərbi qulluqçulara müvafiq qaydalar və təhlükəsizlik tədbirləri izah edildikdən sonra birinciliyə start verilib.Yarışda Azərbaycan Ordusunun qoşun növlərini, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 6 çəki dərəcəsində 11 yığma komanda iştirak edib. Yekun nəticələrə əsasən, “Quru Qoşunları” komandası birinci, “Heydər Əliyev adına Hərbi İnstitut” komandası ikinci, “Hərbi Hava Qüvvələri” və “Xüsusi Təyinatlı Qüvvələr” komandaları isə üçüncü yerlərə layiq görülüblər. Sonda hər çəki dərəcəsi üzrə qalib iştirakçılara medallar, komanda hesabında ən yüksək nəticə göstərən yığma komandaya isə kubok və fəxri fərmanlar təqdim olunub.
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
