Azərbaycan COP31 çərçivəsində İkinci İkiillik Şəffaflıq Hesabatını təqdim edib - FOTOLAR


Azərbaycan COP31 çərçivəsində Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsi və şəffaflığın təmin edilməsi istiqamətində İkinci İkiillik Şəffaflıq Hesabatını (BTR2) təqdim edib.
Bu barədə Ordu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Bildirilib ki, hesabat nazirliyin təşkilatçılığı ilə keçirilən "Birinci İkiillik Şəffaflıq Hesabatından (BTR1) İkinci İkiillik Şəffaflıq Hesabatına (BTR2): hesabatlılığın təkmilləşdirilməsi və qabaqcıl təcrübələr" mövzusunda beynəlxalq tədbirdə təqdim olunub.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxış edərək İkinci İkiillik Şəffaflıq Hesabatını iştirakçılara təqdim edib.
Görüşdə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin Şəffaflıq Bölməsinin direktoru, COP29-un prezidenti və Qlobal Ekoloji Fondun (GEF) nümayəndəsi də çıxış ediblər.
Hesabatın təqdimatı iştirakçılar tərəfindən təqdirəlayiq qarşılanıb.
Tədbir çərçivəsində 1990–2024-cü illəri əhatə edən istixana effekti yaradan qaz emissiyalarının əsas sektorlar üzrə inventarlaşdırılmasının təkmilləşdirilməsi, milli hesabatlılıq potensialının gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Ordu.az
Dərc vaxtına görə
