Azərbaycan Anqolaya $774 minlik yerqazan və tunelqazan maşınlar ixrac edib


Azərbaycanın Afrikanın cənub-qərbində yerləşən Anqolaya məhsul ixracı 2026-cı ilin yanvar–sentyabr aylarında 41 dəfə artıb.
Banker.az xəbər verir ki, Anqolaya ixracın dəyəri ötən ilin eyni dövründəki 32,1 min dollardan 1,33 milyon dollara yüksəlib.
İxracın əsas hissəsini sənaye və tikinti avadanlıqları təşkil edib. Belə ki, hesabat dövründə Anqolaya ümumi dəyəri 773,74 min dollar olan 2 ədəd yerqazan və tunelqazan maşın ixrac edilib.
Bundan əlavə, ölkəyə 252,93 min dollarlıq hidravlik sistem, 140,29 min dollarlıq nasos, eləcə də 142,07 min dollarlıq qara metallardan hazırlanmış digər məmulatlar göndərilib.
İxrac olunan məhsullar arasında 11,24 min dollarlıq konteynerlər və 4,5 min dollarlıq boru fitinqləri də yer alıb.
Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Anqolaya ixracın əsas hissəsini natrium metasilikatları, ölçü cihazlarının hissələri və digər kiçikhəcmli məhsullar təşkil etmişdi.
1 mənbə
Report+2 mənbə