Aysun İsmayılova: “İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə, gedirəm” (Video)


Müğənni Aysun İsmayılovanın konsert zamanı tamaşaçılardan biri ilə söhbəti maraqlı anlara səbəb olub.Milli.Az xəbər verir ki, sənətçi şəxsi həyatında baş verən dəyişikliklərdən danışaraq artıq özünü daha sərbəst hiss etdiyini bildirib.İfaçı çıxışı zamanı tamaşaçılardan birinin “Kişi gedir evə, çörək qazanıb gətirir” sözlərinə də münasibət bildirib. Aysun bu fikrə etiraz edərək öz təcrübəsindən danışıb:”Bir dəqiqə dayanın, mən iki dəfə kruq getdim, evə çörək alıb gətirən olmadı. Çörəyi də özüm aldım. Allaha haqqı, olmadı, yenə işləyən mən oldum. Mən artıq psixoloqa gedirəm, belə şey olmaz. İndi nə istəyirəm geyinirəm, hara istəyirəmsə gedirəm”.Müğənninin səmimi etirafları və tamaşaçıya verdiyi cavab konsertdən yayılan görüntülərin müzakirə olunmasına səbəb olub.
Yazı naviqasiyası
Dərc vaxtına görə