Avropa ucuz hava hücumundan müdafiə sistemlərinin istehsalını sürətləndirir


18.11.2026 - 20:47
19
Avropa ölkələri Rusiya PUA-larının hücumları və artan təhlükəsizlik riskləri fonunda daha ucuz hava hücumundan müdafiə vasitələrinin istehsalını genişləndirməyə çalışır.
İNFOAZ.MEDİA xəbər verir ki, Almaniyanın Tytan Technologies şirkəti Münhen yaxınlığındakı zavodunda aylıq 3 minədək pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün nəzərdə tutulan ələkeçirici dron istehsal etməyi planlaşdırır.
Şirkət artıq Almaniya ordusu, Baltikyanı ölkələr və Ukrayna ilə müqavilələr imzalayıb. Tytan istehsal etdiyi sistemlərin maya dəyərini yarıya qədər azaltmağa nail olub.
Bundan əlavə, Almaniyanın Helsing şirkəti reaktiv mühərrikli dronlara qarşı yeni ələkeçirici sistemlər hazırlayır. İtaliyanın Leonardo şirkəti isə “Michelangelo” hava hücumundan müdafiə sisteminin bir hissəsini ilin sonunadək Ukraynada sınaqdan keçirməyi planlaşdırır.
Məlumata əsasən, Quantum Systems şirkəti Litva, Estoniya, Rumıniya və Böyük Britaniyada istehsal müəssisələri qurur.
Avropanın müdafiə sənayesi üçün əsas problemlərdən biri artan tələbatı qarşılamaq üçün maliyyə və raket mühərriklərinin istehsal gücünün yetərli olmamasıdır.
Rauf
1 mənbə