Avropa şirkətləri İttifaqın rəqabətlilik fondunun azaldılmasına qarşı çıxıb


Avropanın 75-dən çox şirkəti və sənaye təşkilatı Avropa İttifaqının gələcək büdcəsində Rəqabətlilik Fonduna ayrılan vəsaitin azaldılmasına etiraz edib. Onların fikrincə, bu addım Avropa şirkətlərinin ABŞ və Çinlə rəqabət aparmaq imkanlarını zəiflədə bilər.
Plat.az Reuters-ə istinadən xəbər verir ki, şirkətlər arasında Fransanın EDF enerji qrupu və elektrik avtomobilləri üçün batareya istehsal edən PowerCo da yer alır. Təşkilatlar Avropa İttifaqı rəhbərliyinə ünvanladıqları məktubda fondun sənaye istehsalının genişləndirilməsi, yeni texnologiyalara investisiya və enerji idxalından asılılığın azaldılması baxımından vacib olduğunu bildiriblər. Avropa Şurasının sədri Antonio Koştanın təqdim etdiyi yeni büdcə təklifində əvvəlki variantla müqayisədə ümumi xərclərin 40 milyard avro azaldılması nəzərdə tutulur. Bu ixtisarın əsas hissəsinin Rəqabətlilik Fonduna, müdafiə və xarici siyasət xərclərinə təsir edəcəyi bildirilir. Şirkətlər isə Avropa Parlamentinin fondun maliyyələşdirilməsini əlavə 26,6 milyard avro artırmaq təklifini dəstəkləyirlər.
1 mənbə