ATU-nun tələbəsi Şuşa Kubokunun qalibi olub


Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbəsi Kənan Məmmədli "Sərhədçi" İdman Mərkəzində keçirilən “Şuşa Kuboku 2026” yarışında birinci yeri tutub.
"Aztəhsil.az" xəbər verir ki, ATU-nun Qida mühəndisliyi fakültəsinin "Şərabçılıq" ixtisasında təhsil alan Kənan 16–17 yaşlı yeniyetmələr arasında 75 kq çəki dərəcəsində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib. O daha əvvəl Özbəkistanda keçirilən Kikboksinq üzrə Dünya Kubokunda bürünc medal qazanıb. Kənan Məmmədli həmçinin bu ilin sentyabrında İtaliyanın Jesolo şəhərində təşkil olunan WAKO Dünya Çempionatında da iştirak edib.
Gün
Həftə
Ay