Ata qızının çənəsini sındıran sevgilisini huşunu itirənədək DÖYDÜ – VİDEO


Braziliyada gənc qadının çənəsini sındıran keçmiş sevgilisi onun atası tərəfindən döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya KİV məlumat yayıb.
22 yaşlı Ana Laura evinin yaxınlığında keçmiş sevgilisi tərəfindən pusquya salınıb. Kişi ona zərbə vuraraq çənəsini sındırıb.
Hadisə zamanı yanında olan rəfiqəsi qışqırmağa başlayıb, qadının atası isə köməyə qaçıb.
Ata əlindəki ağac dəyənəklə hücumçunu yerə yıxaraq huşunu itirənədək döyüb.
Hər iki şəxs həbs edilib, lakin qızın atası daha sonra sərbəst buraxılıb.
https://interpress.az/public/cloud/2026/11/interpress_3a2dc9781ac9916ba2ad3dfcc69a8236_qvb5z47s9ohrm2ecynl1.mp4
Xuraman Etibarlı
İnterpress.az
1 mənbə