“Aston Villa” Amadu Onana ilə yeni müqavilə imzalayıb


Bakı, 18 noyabr, AZƏRTAC
İngiltərənin “Aston Villa” klubu yarımmüdafiəçi Amadu Onana ilə yeni müqavilə imzaladığını açıqlayıb.
AZƏRTAC klubun rəsmi məlumatına istinadla xəbər verir ki, Belçika millisinin üzvü 2024-cü ildə “Everton”dan “Aston Villa”ya keçib. O, komandada çıxış etdiyi müddətdə klubun Avropa arenasında keçirdiyi bir sıra yaddaqalan oyunlarda mühüm rol oynayıb.
Amadu Onana “Aston Villa”nın heyətində 70-dən çox oyun keçirib və 7 qol vurub.
Hazırda dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesi uğurla davam edən futbolçu Unai Emerinin rəhbərlik etdiyi komandanın vacib üzvlərindən biri olaraq qalır.
