ASA və ASA-ya üzv sığorta şirkətləri Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasına iştirak ediblər


08 noyabr 2026 14:38
2550
Çap et
Aksiya, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində keçirilib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, habelə, ASA ilə yanaşı digər maliyyə bazarı assosiasiyalarının da birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkə miqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələrinin genişləndirilməsinə yönəlib. Qeyd edək ki, Memorandumun strateji məqsədi 10 il ərzində (2023-2033-cü illər) ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyası çərçivəsində iştirakçılar tərəfindən 2 hektar sahədə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addım atılıb.
Whatsappla göndər
Teleqramla göndər
Facebookda paylaş
Twitterdə paylaş
Bölmədən digər xəbərlər
Sabah pensiyalar tam ödəniləcək 19 noyabr 2026 11:22
BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir 19 noyabr 2026 11:20
Qış mövsümü xarici turizm bazarında hansı istiqamətləri önə çıxarır? 19 noyabr 2026 11:00
Yasamal, Nizami və Xəzər rayonlarında qışa hazırlıqla bağlı müşavirə keçirilib 19 noyabr 2026 10:31
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, yerinə Məleykə Abbaszadə təyin olunub 19 noyabr 2026 10:30
BSU-da “Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib 19 noyabr 2026 10:05
