Azərbaycanda artıq ödənilmiş vergilərin qaytarılması qaydaları sadələşdirilib


19 mənbə əsasında
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması prosesinin sadələşdirildiyini açıqlayıb. Bu yenilik xüsusilə ixracla məşğul olan şəxslərə və sənaye, eləcə də texnologiyalar parklarının rezidentlərinə şamil edilir. Tətbiq edilən avtomatlaşdırılmış mexanizm sahibkarların inzibati yükünü azaltmağa və vaxta qənaət etməyə imkan yaradır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə qurum məlumat yayıbş Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, hesabatlılıqla bağlı inzibati yükün azaldılması və prosedurların sadələşdirilməsi vergi orqanlarının fəaliyyətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Müasir texnologiyaların tətbiqi ilə vergi inzibatçılığının rəqəmsallaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında məlumat mübadiləsinin operativliyinin artırılması aparılan islahatların mühüm istiqamətlərini təşkil edir. Xüsusilə, vergi hesabatlarının təqdim edilməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi proseslərinin avtomatlaşdırılması, mövcud informasiya bazaları əsasında hesabat və müraciət formalarının əvvəlcədən hazırlanması sahibkarların inzibati yükünün azaldılmasına və vaxta qənaət edilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən mühüm yeniliklərdən biri ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin artıq ödədiyi vergi məbləğlərinin sadələşdirilmiş və avtomatlaşdırılmış qaydada geri qaytarılması mexanizminin tətbiqidir. Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin böyük dövlət vergi müfəttişi Fariz Salahov bildirib ki, yeni mexanizm ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, dövriyyə vəsaitlərinin daha səmərəli idarə olunmasına və artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı inzibati prosedurların sadələşdirilməsinə xidmət edir.
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə

Minatv.az+1 mənbə