"Arsenalın marağı fikrimi qarışdırdı" - Vinisius Junior


“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior İngiltərənin “Arsenal” klubunun ona göstərdiyi transfer marağı ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Yahoo Sports" yayıb.
Məlumata görə, 26 yaşlı futbolçu bildirib ki, ötən yay bir neçə klubun onun xidmətində maraqlı olması və müqaviləsinin yenilənməsi ilə bağlı danışıqlar gələcəyi barədə düşünməsinə səbəb olub.
Vinisiusun sözlərinə görə, transfer məsələləri müəyyən psixoloji təzyiq yaradıb və onun diqqətini futboldan yayındırıb.
Braziliyalı hücumçu hazırda “Real Madrid”də çıxışını davam etdirir. Onun Madrid klubu ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, Vinisiusun “Arsenal”a mümkün transferi ilə bağlı rəsmi razılaşma açıqlanmayıb.
Əlisahib İbrahimli
