Arktikada təhlükəsizlik: Danimarka parlamenti müqaviləni təsdiqlədi


Danimarka parlamenti ABŞ, Qrenlandiya və Danimarka arasında Arktika regionunda təhlükəsizliyə dair müqaviləyə razılıq verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "Ritzau" agentliyi məlumat yayıb.
Sənədin lehinə 109 deputat səs verib, əleyhinə çıxan olmayıb.
Qeyd edək ki, noyabrın 3-də Qrenlandiya parlamenti sentyabrın 22-də Nyu-Yorkda imzalanmış sözügedən üçtərəfli Arktika təhlükəsizlik paktını dəstəkləmişdi. Qəbul olunan bu sənəd 1951-ci ildə bağlanmış müqavilənin yenilənmiş variantı sayılır və ABŞ tərəfinin adada hərbi bazalar qurmağı planlaşdırdığı iki ərazinin - Narsarsuak və Mestersviqin yerini müəyyənləşdirir.
Dərc vaxtına görə
Nocomment.azoxuduğunuz
Arktikada təhlükəsizlik: Danimarka parlamenti müqaviləni təsdiqlədi