Argentinalı ulduz canlı yayımda huşunu itirdi
1sport.az1Sport.az

Argentina millisinin oyunçusu Leandro Paredesin Kolumbiyada keçirilən Cənubi Amerika Kubokunun finalından sonra sqğlamlığında ciddi problem yaşanıb.
1Sport.az xəbər verir ki, Argentinanın “Boka Xuniors” klubunun kapitanı Braziliyanın “Atletiko Mineyro” kollektivi ilə final qarşılaşmasından sonra “DSports” telekanalına müsahibə verərkən qəfil huşunu itirərək yerə yıxılıb. Futbolçunun vəziyyətinin pisləşdiyini görən jurnalist ona kömək etməyə çalışıb. Hadisə yerinə dərhal tibb işçiləri cəlb olunub.
